Tərkibi:
Balıq
"Bizim Süfrə" zeytunlu mayonezi
Ketçup
Şüyüd
Sarıkök
Limon
Soğan
Azərduz yodlu narın xörək duzu, istiot
1 ədəd soba sellofanı
1.Balığa duz, istiot, sarıkök sürtürük.
2.Ayrıca qabda mayonez və ketçup qarışdırılır. Alınan qarışıq balığın içinə və üzərinə çəkilir.
3.Soğan,limon,şüyüd doğranılır.
4.Balığı sellofanın içinə qoyub üzərinə doğranılmış soğan,şüyüd səpilir,limon düzülür.Sobada 180 dərəcədə 30dəqiqə bişirilir.
Və budur buğlamamız hazırdır.
Nuş olsun!