Lazım olan ərzaqlar:
Farş - 500 qr
Soğan - 2 baş
2 kartof
7-8 ədəd qara gavalı
Noxud -50 qr
"Bizim Tarla" tamat pastası
Göyərti
Duz, istiot, ququ nanə
Hazırlanması:
Farşa yumurta, 1 soğan, düyü, göyərti, duz, istiot,quru nanə əlavə edib qarışdırırıq.
Farşdan balaca küftələr hazırlanır. Sobaya qoyulacaq qab yağlanır.
İçərisinə novbə ilə doğranmış soğan, doğranmış kartof, pomidor əzilmişı, sonra küftələr əlavə edilir.
Üzərinə bulyon və yağ əlavə edilir.
Ən axırda bişmiş noxud əlavə edilir.
Sobaya qoyulub vam istilikdə 1 saat bişirilir. Küftələr bişdikdən sonra sobadan goturulur.
Süfrəyə verəndə üzərinə doğranmış göy səpilir.
Küftələrimiz hazırdır. Nus olsun xanımlar :)