Qadin.NET / Toyuq ruleti(foto resept)

Toyuq ruleti(foto resept)

Tərkibi:

Toyuq döş əti

Pendir- 100 q

Kök-1-2 ədəd

Yumurta- 3 ədəd

Bibər- 1-2 ədəd

Şüyüd- 1-2 ədəd

Duz-istiot

Hazırlanması: 

Toyuq ruleti(foto resept)

İlk olaraq toyuq filesini bir az döyüb böyüdürük.

Toyuq ruleti(foto resept)

Sonra zövqə görə duz-istiot səpirik.

Toyuq ruleti(foto resept)

2 yumurtanı qaynadıb sürtgəcdən keçiririk. Üzərinə bibəri xırda-xırda doğramaq lazımdır.

Pendiri də üzərinə sürtgəcin iri gözündən keçirin.

Toyuq ruleti(foto resept)

Kökü də sürtgəcdən keçiririk. Şüyüdü də xırda-xırda doğrayırıq.

Sonda üzərinə çiy yumurtanı da əlavə edib, zövqə görə duz-istiot səpip qarışdırırıq.

Toyuq ruleti(foto resept)

İçliyi filenin üzərinə çəkib folqaya bükürük. 180 dərəcədə 45 dəqiqə bişiririk.

Bişdikdə tam soyuduqdan sonra nazik-nazik doğrayıb süfrəyə veririk. 

Toyuq ruleti(foto resept)

Nuş olsun!

26 may 2016
GO BACK