Tərkibi:
Xəmir üçün:
Xama- 4 x.q
Mayonez- 4 x.q
Yumurta- 2 ədəd
Un- 10 x.q
Duz
İçlik:
Pomidor
Soğan
Qaynadılmış ət
Şirin bibər
Pendir
Hazırlanması:
İlk öncə xəmiri hazırlayırıq. Bütün ərzaqları bir yerdə qarışdırırıq. İçlik üçün olan ərzaqları zövqə görə doğrayırıq. İçi yağlanmış tavaya xəmiri əlavə edirik.
İçlik üçün ərzaqları isə sıra ilə xəmirin üzərindən düzürük.
Qaynadılmış əti də doğrayıb əlavə edirik.
Sonda pendiri sürtkəcdən keçirirb ağzını bağlayırıq.
Sobada 20 dəqiqə bişiririk.
Nuş olsun!