Qadin.NET / Soya souslu can əti (foto resept)

Soya souslu can əti (foto resept)

Soya souslu can əti (foto resept)

Tərkibi:

Can əti-500q

Yerkökü-1-2 ədəd

Baş soğan-1 ədəd

Sarımsaq-2 diş

Qırmızı bibər(şirin)-1 ədəd

Soya sousu-2.3 x.q

Bal-1 x.q

Sirkə(üzüm və ya alma)-zövqə görə

"Zeytun bağları" zeytun yağı-5 x.q

Duz-İstiot- zövqə görə

Hazırlanması:

Əvvəlcə can ətini nazik lay şəklində doğrayırıq.

Soya souslu can əti (foto resept)

Dərin qabda zeytun yağı, bal, sirkə və soya sousunu qarışdırırıq. Xırda doğranılmış sarımsaqları da əlavə edin. Doğranılmış ətləri sous içərisində yaxşı qarışdırıb 30 dəqiqə ərzində üstü aluminium folqa ilə örtülü şəkildə 180 dərəcədə isidilmiş soba qoyun. 

Soya souslu can əti (foto resept)

Bu ərəfədə tərəvəzləri şəkildə gördüyünüz kimi doğrayın və üzərinə zeytun yağı əlavə edilmiş tavada yüngülcə qızardın. 

Soya souslu can əti (foto resept)
Soya souslu can əti (foto resept)

Daha sonra sobadan əti çıxarırıq. Folqanı açıb tərəvəzləri qaba yerləşdiririk. İstəsəniz tərəvəzləri ətin altından qoya bilərsiz.

Beləcə ətin suyu tərəvəzlərə keçmiş olacaq.

Soya souslu can əti (foto resept)

 

Soya souslu can əti (foto resept)

Bir daha 180 dərəcədə isidilmiş sobaya 15-20 dəqiqəlik bişməyə qoyun.

Budur tərəvəzli can ətimiz hazırdır. 

Soya souslu can əti (foto resept)

Nuş olsun!

12 dekabr 2015
GO BACK