Tərkibi:
Un-3 x.q
Yumurta-1 ədəd
Suxari
Kartof-4-5 ədəd
Göbələk-250-300 q
Soğan-1 ədəd
Kök-1 ədəd
duz-istiot
Duru yağ
Hazırlanması:
Kartofu qaynadıb soyub, əzib, püre edirik. Üzərinə duz və 2 x.q duru yağ əlavə edirik.
Soyuduqdan sonra üzərinə 1 yumurta əlavə edib qarışdırırıq. Üzərinə 3 x.q un əlavə edib qarışdırırıq. Sonra içliyi hazırlayırıq.
Göbələyi şəkildə görüyünüz kimi doğrayırıq. İlk olaraq duru yağda yüksək odda qızardırıq.
Sonra odu zəiflədib üzərinə nazik-nazik doğranmış soğan əlavə edirik.
Kökü sürtgəcin iri gözündən keçirib üzərinə əlavə edirik. Tam bişinə kimi qovururuq.
Bişdikdən sonra üzərinə duz və istiot əlavə edib qarışdırırıq.
İçlik soyuduqdan sonra blenderdə bir az qarışdırırıq. Bir qaba suxari əlavə edirik.
Kartofu qaşıqla götürüb suxarinin içinə qoyuruq və yayırıq.
Üzərinə içlik əlavə edib bükürük. Qızdırılmış yağda hər iki tərəfini də qızarana qədər bişiririk.
Göbələkli kartof peraşkimiz hazrıdır.
Nuş olsun!