Qadin.NET / "Göbələk yuvası" zapekanka(foto resept)

"Göbələk yuvası" zapekanka(foto resept)

 "Göbələk yuvası" zapekanka(foto resept)

Tərkibi:

Çəkilmiş dana əti- 500 q

Göbələk- 200 q

Yumurta-1 ədəd

Pomidor- 1 ədəd

Pendir- 200 q

Soğan- 1 ədəd

Duz-istiot

Şüyüd- 1-2 ədəd

"Zeytun bağları" zeytun yağı

Hazırlanması:

İlk olaraq çəkilmiş ətə duz-istiot səpib yaxşı-yaxşı qarşdırırıq.

Bu qəlyənaltını biz biskivit bişirdiyimiz qablarda və ya hər hansı şüşə qabda da bişirə bilərik.

"Göbələk yuvası" zapekanka(foto resept)

Şəkillərdə hər iki qab da göstərilir. Deməli ilk olaraq əti küftə kimi yumrulayırıq.

Sonra bilirəcəyimiz qaba qoyub ortasını yuva kimi açırıq. Bu yemək üçün göbələkləri xırda seçmək lazımdır.

Göbələyi ilk olaraq 15 dəqiqə pörtüb sonra zeytun yağında soğanla bişənə qədər qovururuq.

"Göbələk yuvası" zapekanka(foto resept)

Yumru-yumru doğranmış pomidoru ətin içinə yerləşdirirk.

"Göbələk yuvası" zapekanka(foto resept)

Üzərinə 3-4 ədəd göbələk qoyuruq.

"Göbələk yuvası" zapekanka(foto resept)

Yumurtanın üzərinə pendiri sürtgəcdən keçirib bir az duz-istiot əlavə edirik.

"Göbələk yuvası" zapekanka(foto resept)

Şüyüd səpib pendirli yumurtanı üzərinə əlavə edirik. 180 dərəcədə 15-20 dəqiqə bişiririk.

"Göbələk yuvası" zapekanka(foto resept) 

Nuş olsun!

18 dekabr 2015
GO BACK