Sözün düzü yeməyin adını bilmədim nə qoyum. Ona görə də elə yazdım. Evdə olan ərzaqlardan istifadə elədim. (5 nəfərlik porsiya)
3-4 ədəd orta ölçülü kartof
3 ədəd badımcan
2 ədəd orta ölçülü soğan
3-4 ədəd "Bizim Tarla" doğranmış soyulmuş pomidoru
Keşniş, şüyüd
Duru yağ
Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök
1.Əti dərin böyük tavaya tökürük.Üstünə bir az duz,istiot,sarıkök vururuq.
2.Üzərinə kartofu halqa şəklində doğrayıb düzürük.
3.Sonra badımcanlarıda halqa şəklində doğrayıb kartofun üzərinə düzürük.
4.Badımcanın üzərinə duz,istiot da tökürük.Tökəndən sonra soğanları uzunsov şəkildə doğrayıb badımcanın üzərinə düzürük.
5.Üzərinə duru yağ əlavə edib tavanın qapağını örtüb qoyuruq, bişməyə.
6.Yemək bişənə kimi kənarda pomidoru və göyərtini ayrı-ayrılıqda doğrayırıq.
7.Yemək bişənə yaxın üzərinə halqa şəklində doğranılmış pomidorları və göyərtini əlavə edirik.
P.S. - Zövqə görə bolqar bibərini də əlavə etmək olar.