Tərkibi:
Toyuq filesi-500 q
Soğan- 1 ədəd
Yumurta- 1 ədəd
Sarımsaq- 3 diş
Qaymaq- 200 q
Pendir- 150 q
"Zeytun bağları" zeytun yağı
Duz- İstiot
Hazırlanması:
Toyuq filesini xırda-xırda doğramaq lazımdır. Azca donmuş halda olsa, daha rahat doğrayacaqsınız.
Soğanı da xırda-xırda doğrayıb üzərinə əlavə edirik. Yumurtanı da üzərinə əlavə edirik.
Duz-istiot səpib yaxşı-yaxşı qarışdırmaq lazmdır.
Hazırladığımız farşdan balaca dairəciklər hazırlayıb bişirəcəyimiz qaba yığırıq. Ancaq ilk öncə qabın içini azca yağlayırıq.
180 dərəcədə 10-15 dəqiqə bişiririk. Bu arada sousumuzu hazırlayırıq.
Pendiri sürtgəcin xırda gözündən keçiririk. Sarımsağı da sürtgəcdən keçiririk.
Qaymağı da əlavə edib qarışdırırıq. Sonra yeməyimizi sobadan çıxarıb sousu üzərinə əlavə edirik.
Və 15-20 dəqiqə bişiririk.
Dadlı dairəciklərimiz hazırdır.
Nuş olsun!