Qadin.NET / Karamel toyuq (foto resept)

Karamel toyuq (foto resept)

Tərkibi:

Toyuq- 1 ədəd

Günəbaxan yağı- 3 x.q

Acika-1 x.q

Ədviyyatlar

Şəkər tozu- 1x.q

Duz- 1x.q

Su- 1 stəkan

Hazırlanması:

İlk öncə toyuğu 8 hissəyə ayırmaq lazimdır.

Sonra günəbaxan yağını acika ilə yaxşıca qarışdırırıq. Ədviyyatları duzu əlavə edib yenidən qarışdırırıq. Alınan sousu toyuğun üzərinə əlavə edirik. Ətin hər tərəfinə suos çəkilməlidir. Sonra bir neçə saat toyuq bu sousda qala bilər. Sonra karamelimizi hazırlayırıq.

Şəkər tozunu tavada rəngi qəhvəyi olana qədər dəyanmadan qarışdırırıq.

Şəkər tozu yanmamalıdır. Şəkər tozu rəngini dəyişən kimi üzərinə 1 stəkan soyuq su əlavə edirik.

Toyuğu bişirəcəyimiz qaba yığıb alınan karameli üzərinə əlavə edirik. 200 dərəcədə 50 dəqiqə bişiririk. Düşünməyin ki, karamel əti şirinləşdirəcək. Bu qəti belə deyil.

Karamel toyuq (foto resept)

Üzəri xırt-xırtlı, içi çox yumşaq dadlı bir toyuq alınacaq.

Nuş olsun!

21 noyabr 2015
GO BACK