Tərkibi:
Pendir- 150 q
Qaymaq- 200 q
Hind toyuğu filesi- 600 q
"Zeytun bağları" zeytun yağı- 50 ml
Duz- istiot
Hazırlanması:
Pendiri zövqünüzə görə seçəcəksiniz.
Pendiri bir neçə hissəyə bölüb az odda yavaş-yavaş əritmək lazımdır.
Əridikdə qaymağı əlavə edib dəyanmadan qarışdırmaq lazımdır. Sonra oddan götürürük.
Fileni şəkildə gördüyünüz kimi kəsirik.
Filenin hər iki tərəfini də yağda qızarana qədər bişiririk. Duz-istiot səpirik. Süfrəyə verərkən üzərinə sous əlavə edirik. İsti yeyilən bir yeməkdir. Bu yeməyin yanında hər hansı bir tərəvəz yeməyi uyğundur.
Nuş olsun!