Qadin.NET / Tərəvəzli plov (foto resept)

Tərəvəzli plov (foto resept)

Tərkibi:

Düyü- 300 q

Kök-1 ədəd

Soğan- 2 ədəd

Yaşıl noxud- 100 q

Göbələk- 300 q

Yaşıl lobya- 100 q

Konservləşdiyilmiş qarğıdalı- 100 q

"Zeytun bağları" zeytun yağı

Duz-istiot

Hazırlanması:

İlk öncə göbələkləri 4 hissəyə bölüb az yağda qızarana qədər bişiririk.

 

Soğanı xırda-xırda doğrayıb qovurmaq lazımdır.

Kökü də şəkildə gördüyünüz kimi doğrayıb soğanla birlikdə 4-5 dəqiqə qarışdaraq bişirmək lazımdır.

Düyünü yuyub 10 dəqiqə suda bişirib suyunu yenidən süzmək lazımdır.

Sonra üzərinə göbələyi, kökü və soğanı, kökü əlavə edirik. Bunları birlikdə 5-6 dəqiqə qovururuq. Sonda üzərinə yaşıl noxud və lobyanı əlavə edirik.

2 dəqiqə qovurduqdan sonra konservləşdirilmiş qarğıdalını əlavə edirik. Duz-istiot da əlavə edib daha 5 dəqiqə qovururuq. Və qapağını qoyub 10 dəqiqə gözlədikdən sonra oddan götürürük.

Tərəvəzli plov (foto resept)

Nuş olsun!

26 oktyabr 2015
GO BACK