Tərkibi:
Toyuq əti 500-600 qr
Kərə yağı 180 qr
Pendir 200 qr
Şüyüd, suxarı
Duru yağ qızartmaq üçün
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
İlk öncə içlik hazırlanır.Pendir rəndədən keçirilir.
Üzərinə yağ rəndədən keçirilir.
Yağın üzərinə şüyüd xırda doğranılır və qarışdırılır.İçlik hazırdı.
Toyuq əti maşından keçirilir,duz istiot vurulur yaxşı qarışdırılır.Sonra əlimizi sulayıb ətdən bir az götürürük.
İçərisinə içlik qoyuruq.
Və kotlet formasına salırıq.
Sonra isə suxariyə batırıb bir az sulu yağda qızırdırıq.Təxminən 2-3 dəqiqə.
Bir az qızartdıqdan sonra isə listə yığıb sobada 180 dərəcədə 20-25 dəqiqə bişiririk.
Budur artıq pendir və göyərti ilə toyuq kotletimiz hazırdı.
Nuş olsun!