Tərkibi:
Toyuq- 1 ədəd
Pomidor- 5 ədəd
Kök- 1 ədəd
Bibər- 4 ədəd
Soğan- 2 ədəd
Sarımsaq- 4 diş
Sous:
Qatıq-2 x.q
Moyanez-2 x.q
Sarıkök
Duz-istiot
Hazırlanması:
Zövqə görə toyuğu xırda-xırda doğraya və ya bütöv də bişirə bilərsiniz. Mən iki hissəyə böldüm.
Toyuğu duzlayıb istiotladıqdan sonra sarımsaqları dərinin altına yerləşdirib üzərinə sous əlavə edirik. 30 dəqiqə saxlayırıq.
Kökü xırda-xırda doğrayırıq.
Bibəri də kök kimi xırda-xırda doğrayırıq.
Soğan və pomidoru da xırda-xırda doğramaq lazımdır. Yeməyimizi bişirəcəyimiz qaba toyuğu qoyuruq.
Hazırladığımız tərəvəzləri toyuğun ətrafına yığırıq. 220 dərəcədə 1 saat 20 dəqiqə bişiririk.
Nuş olsun!