Qadin.NET / İçi doldurulmuş kartof - 2(foto resept)

İçi doldurulmuş kartof - 2(foto resept)


Tərkibi:
5 ədəd kartof
1 ədəd soğan
500 qr ət
1 ədəd yerkökü
300 qr göbələk
200 qr holland pendir
Duru yağ
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
İlk öncə kartofun qabıqları soyulur ortadan ikiyə bölünür və bir az bişirilir.
Kənarda soğan xırda doğranılır yağda bir az qovrulur.
Sonra üzərinə ət əlavə edilir qovrulur.
Daha sonra göbələk əlavə olunur və  qovrulur.
Ən sonda rəndədən keçirilmiş yerkökü əlavə edib duz istiot vururuq.Naçinkamız hazırdı.
 
Listə yığdığımız zaman düz durması üçün kartofun altını bir balaca kəsirik.
Daha sonra kartofların içini təmizləyirik.
Naçınka ilə kartofun içini doldururuq.
Sonra üzərinə rəndədən keçirilmiş pendir səpirik,və 190 dərəcədə 10-15 dəqiqə bişiririk.
Budur kartoflarımız hazırdı.

Nuş olsun!

17 may 2011
GO BACK