Tərkibi:
(1 nəfər üçün nəzərdə tutulub)
2 tikə toyuq əti (ət də olar kotlet şəkilində)
2 ədəd badımcan
2 ədəd soğan
2 ədəd pomidor
1 ədəd bibər (zövqə görə acı bibər)
1 ədəd kartof
Yarım dəstə keşniş
Yarım ç.q sarıkök
Kərə və ya duru yağ
50ml su
Azərduz yodlu narın xörək duzu
Bütün tərəvəzlər fal-fal doğranılır və sıra ilə qat qat qazana düzülür.
1ci qat toyuq və ya ət
2-ci qat kartof
3-cüüqat soğan
4-cü qat badımcan
5-ci qat bibər
6-cı qat pomidor
Üzərinə keşniş doğranıb səpilir
Yağını və suyunu əlavə edilib zəif qazda bişirilir.
Nuş olsun!