Qadin.NET / Burrito (foto resept)

Burrito (foto resept)

 

Tərkibi:

Lavaş (dəyirmi) - 6 - 8 ədəd,

Konservləşdirilmiş lobya - 250 q.

  Cəkilmiş ət - 300 q. toyuq filesi, ya da mal əti

 Holland pendiri(və ya sadə pendir)  - 150 q.

 Pomidor - 3 ədəd

 Baş soğan - 1 ədəd

"Zeytun bağları" zeytun yağı

"Salsa" sousu 6 - 8 x. q. (ya da ketçup) 

 Sarımsaq - 3 diş

Aci bibər - 1 ədəd

Duz - istiot

Hazırlanması:

Soğan xırda doğranilir.

 

Sarımsağı xırda-xırda doğrayırıq.

 

Pomidoru dördkünc şəkildə doğrayırıq.

 

Aci bibəri xırda-xırda doğrayırıq.

 

Soğan  duru yağda qızardılır.

.

Üzərinə xirda doğranmiş bibər əlavə edirik.

 

Sonra cəkilmiş əti əlavə edib, bir az qovururuq.

 

Sonra doğranmış pomidorları əlavə edirik.

 

İndi, duzunu, istiotunu əlavə edirik. Və 20 dəqiqə qovurun ki, yaxşi bişsin.

 

Sonra suyunu süzdüyümüz lobyaları da həmçinin tavaya tökürük.

 

Bir daha yaxşı qarışdırın, və od üzərindən götürün.

 

Pendir sürtkəcin iri gözündən keçirilir.

  

İndi isə lavaşlarımızı hazırlamağa başlayırıq:

Üzərinə biraz sous ya da ketçup cəkirik.

Lavaşın bir tərəfinə hazırladığımız qarışımdan tökürük.

 

 Üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edib, lavaşımızı bükürük.

 

 Tavaya və ya listə yığırıq.

Sobada 180 dərəcədə 10-15 dəqiqə  bişiririk. 

 

Və "Burrito" hazırdır.

 

Nuş olsun!

(Tərcümə edilib)

20 oktyabr 2015
GO BACK