Tərkibi:
Bibər-8 ədəd
Soğan- 1 ədəd
Cəfəri 3-4 ədəd
Pomidor şirəsi-0,5 stəkan
Sarımsaq- 1 diş
Kəklik otu- 1ç.q
Yumurta- 1 ədəd
"Zeytun bağları" zeytn yağı- 2 x.q
Ət- 1 kq
Düyü- 2 stəkan
Holland pendiri-100 q
Duz-istiot- zövqə görə
Hazırlanması:
Bibərlər yuyulduqdan sonra tum hissəsi çıxarılır.
Sonra 5-7 dəqiqə qaynadılır.
Soğan və qiymə zeytun yağında mütamadi olaraq qarışdırılaraq bişirilir.
Üzərinə əvvəlcədən yuduğumuz düyü də əlavə olunur və yenə qarışdırılaraq bişir.
Başqa bir qabda yumurta və ət bulyonunu yaxşı-yaxşı qarşdırın və üzərinə duz və istiot da səpin. Sonra bişən qiymənin üzərinə əlavə edirik.
Hazırladığımız içliyi bibərlərin içinə yığıb sobada bişərəcəyimiz qaba yığırıq. Üzərinə bir az duru yağ və pomidor şirəsini 0,5 stəkan ilıq su ilə qarışdırıb əlavə edib, 180 dərəcəd 15-20 dəqiqə bişiririk. Sonra üzərinə holland pendiri sürtkəcdən keçirib yenidən 5 dəqiqəlik sobaya qoyuruq.
Nuş olsun!