Qadin.NET / Sirli badımcan (foto resept)

Sirli badımcan (foto resept)

Tərkibi:

500 qr çəkilmiş ət

100 qr holland pendiri

1 ədəd qırmızı bolqar bibəri

1-2 ədəd soğan

1 ədəd yumurta

Orta ölçüdə kiçik badımcan

duru yağı

Duz, istiot

Hazırlanması:

Çəkilmiş ətə çəkilmiş soğan, duz, istiot, yumurta vurularaq yaxşıca qarışdırılır. Orta ölçüdə badımcanlar ortadan çərtilir, qaynar yağa atılıb götürülür.

Holland pendiri sücgəcdən keçirilir, bolqar bibəri xırda doğranılır.

Sirli badımcan (foto resept)

Pendir bibər qarışığı badımcabın içinə doldurulur. Badımcana büküləcək qədər çəkili əti folqaya yayırıq, badımcanı üzərinə qoyub hərtərəfli bağlayırıq.

Sirli badımcan (foto resept)

Şəkildəki kimi olmalıdı, üzərinə yağ gəzdirib 180-200 dərəcədə isidilmiş sobada hazır olana qədər bişiririk.

Sirli badımcan (foto resept)

Yeməyimiz hazırdı.

Sirli badımcan (foto resept)

Zövqə uyğun bəzəyib süfrəyə verə bilərsiniz.

Sirli badımcan (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

 

                                                                                                                                                     

5 sentyabr 2015
GO BACK