Bu dəfə sizlərə sobada balonda kabab və yemək hazırlanma qaydasını izah edəcəyəm. Ümid edirəm, sinayıb bəyənəcəksiniz.
Ərzaqlar istəyə uyğun götürülə bilər .
Kabab üçün lazım olanlar:
Qoyun əti və ya toyuq əti
Aralarına nazik piy və ya kartof
Çubuq şişlər
Folqa
Duz, istiot
Hazırlanması:
Ət tikələrə ayrılıb duz, istiot vurulur, şişlərə keçirilir, aralarına piy və kartof keçirilir. 3 litirlik balona yerləşdirib ağzı folqa ilə bağlanılır.
Sobaya qoyulur, sonra soba isidilir. 180 dərəcəyə qədər sobada bişirilir.
Gördüyünüz kimi kababımız hazırdı.
Digər yeməyimizə lazım olanlar.
Toyuq əti, soğan, pomidor, bibər, duz, istiot, istəyə uyğun əlavələr etmək olar.
Toyuq tikələrə bölünür.
Qalan ərzaqlar doğranılır, qat-qat balona yiğılaraq duz istiot vurulur.
Yeməyimiz hazırdır.
Nuş olsun!
Qeyd: Soba əvvəlcədən isidilmir, balon sobaya qoyulduqdan sonra soba yandırılır.
(Tərcümə edilib)