Qadin.NET / Şeftales (foto resept)

Şeftales (foto resept)

Tərkibi:

1 kq ət 

Qoyun içalatının piyi

1 ədəd soğan

0,5 dəstə cəfəri

0,5 ç/q darçın

2 ç/q ədviyyat qarışığı

2 ç/q istiot

1 ç/q üyüdülmüş keşniş toxumu

1 ç/q pul bibər

1 ç/q qurudulmuş sarımsaq tozu

1 x/q alma sirkəsi

1 x/q "Zeytun bağları" zeytun yağı

Duz

Hazırlanması:

Ət çox iti bıçaqla çox xırda doğranılır və ya ət maşınının iri gözündən keçirilir.

Şeftales (foto resept)

Bütün ədviyyatlar vurularaq yaxşıca qarışdırıb bir gün soyuducuda saxlanılır.

Xırda doğranmış soğan, cəfəri və darçın əlavə edilib qarışdırılır.
Şeftales (foto resept)
İçalat piyinin qoxusunu götürmək üçün qabda soyuq suya sirkə, soda nazik dilimlənmiş soğan,  hissələrə ayrılmış piy yerləşdirərək 30 dəqiqə dinlədilir.
Şeftales (foto resept)
İçalat piyi yuyulub suyu çəkilmək üçün dəsmal üzərinə sərilir.
Şeftales (foto resept)

Hazır ətdən əl ilə forma verilərək piyin bir hissəsinə qoyularaq sıx bükülür.

Şeftales (foto resept)
Gördüyünüz kimi bükülmüş şeftaleslər.
Şeftales (foto resept)
İki tərəfdən şişlərə keçirilir şəkildəki kimi.
Şeftales (foto resept)
Xüsusi qızartma qablarında, təndirdə, közdə hər tərəfli qızardılır.
Şeftales (foto resept)
İstənilən qarnirlə süfrəyə verib nuş edə bilərsiniz.
Şeftales (foto resept)
Nuş olsun!
(Tərcümə edilib)
                                                                                                                                                                             
9 sentyabr 2015
GO BACK