Qadin.NET / Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)

Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)

Tərkibi:

3 ədəd badımcan

2-3 diş sarımsaq

1 x/q rəndələnmiş zəncəfil

1 ədəd acı bibər

1 ədəd göy soğan

1 x/q soya sousu

1 x/q balzam sirkə

0,5 ç/q şəkər tozu

7-8 x/q "Möcüzə" duru yağı(qarğıdalı)

Hazırlanması:

Badımcan uzununa doğranılır, şəkildəki kimi.

 

Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)

 

Sarımsaq, zəncəfil süctgəcin xırda gözündən keçirilir. Göy soğan və acı bibər xırda doğranılır.

 

Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)

 

Badımcanlar yağda hərtərəfli qızardılır.

 

Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)

 

Həmin yağda qalan ərzaqlar əlavə edilib qarışdırılır.

 

Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)

 

Üzərinə qızardılmış badımcan, soya sousu, balzam sirkəsi, şəkər tozu əlavə edilib qarışdırılaraq altı söndürülür.

 

Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)
Yeməyimiz hazırdır .
Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)
Nuş olsun!
 (Tərcümə edilib)

 

23 avqust 2015
GO BACK