Qadin.NET / Qabaqlı toyuq kotleti (foto resept)

Qabaqlı toyuq kotleti (foto resept)


Tərkibi:

Toyuq farşı-700 q

Qabaq- 1 ədəd

Soğan-1 ədəd

Sarımsaq- 1 diş

Çörək- 100 q

Süd-50 q

Duz- istiot

"Möcüz" duru yağı (qarğıdalı)

Hazırlanması:

Çörəyi ilk öncə süd ilə isladırıq.

Qabaq sürtgəcdən keçirilir.

Soğan və sarımsaq da sürtgəcdən keçirilib ətin üzərinə əlavə olunur. İslanmış çörək də əlavə olunur.

Üzərinə zövqə görə duz, istiot və ya sevdiyiniz ədviyyatlar əlavə edib yaxşı-yaxşı qarışdırırq.

Sonra un və ya suxariyə hər tərəfini batırıb bişiririk.

Qabaqlı toyuq kotleti (foto resept)

Nuş olsun!

18 avqust 2015
GO BACK