Tərkibi:
Badımcan- 3-4 ədəd
Sarımsaq- 3-4 ədəd
Soğan- 1 ədəd
Göbələk- 300-400 q
Qoz- 0, 5 stəkan
Qaymaq-100 q
Mayonez- 2 xörək qaşığı
Şüyüd
Pendir- 100 q
Hazırlanması:
İlk öncə içliyi hazırlayırıq. Göbələyi və soğanı birlikdə qızarana qədər bişiririk. Sonra qoz və sarımsağı əlavə edib qarışdırırıq.
Badımcanları uzunsov, nazik doğrayıb duzlayırıq. 10 dəqiqədən sonra hər iki tərəfini də qızardırıq.
Sonra hazırladığımız içliyi badımcanın üzərinə qoyub rulet formasında bükürük.
Badımcanları büküb bir qaba yığırıq. Üzərinə qaymaq və mayonez əlavə edirik. Sonda şüyüdü xırda-xırda doğrayıb üzərinə səpirik.
Pendiri də sürtgəcdən keçirib 20 dəqiqə sobada bişirmək lazımdır.
Süfrəyə isti və ya soyuq halda vermək olar.
Nuş olsun!