Qadin.NET / Kabaklı toyuq kababı (foto resept)

Kabaklı toyuq kababı (foto resept)

Kabaklı toyuq kababı (foto resept)

Tərkibi:

Toyuq filesi-500 q

Kabak-2-3 ədəd

"Möcüzə" duru yağı( qarğıdalı)

Soya sousu

Alma və ya üzüm sirkəsi

Sarımsaq- 1 diş

Bal- 1 çay qaşığı

Ədviyyat zövqə görə.

Duz-istiot.

Hazırlanması:

İlk öncə toyuq filesini xırda-xırda doğrayıb əvvəlcədən hazırladığımız sousda saxlayırıq.

Kabaklı toyuq kababı (foto resept)

Sousu hazırlamaq üçün 1 xörək qaşığı duru yağın üzərinə 1 xörək qaşığı soya sousu və 1 çay qaşığı sirkə əlavə edib qarışdırırıq. Sarımsağı və balı da üzərinə əlavə edirik. Zövqə görə ədviyyatları da əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Minimum 20-30 dəqiqə saxlamaq lazımdır. Lakin 3-4 saat ərzində də saxlamaq olar. Bu zaman ətimizi soyuducuda saxlamalıyıq.

Kabaklı toyuq kababı (foto resept)

Kabakları yuyub qurutduqdan sonra nazik-nazik uzunsov kəsirik. Duzlayıb, isitiotlayıb 10-15 dəqiqə saxlamaq lazımdır.

Kabaklı toyuq kababı (foto resept)

Sonra kabakları şəkildə gördüyünüz kimi rulet formasında şiş çöplərə keçirmək lazımdır. 1 file, 1 kabak sıra ilə çöplərə keçiririk. Tavaya duru yağ əlavə edib yaxşıca qızmağını gözləyirik.

Kabaklı toyuq kababı (foto resept)

Sonra şişləri tavaya düzüb hər tərəfini 5 dəqiqə qızardırıq. Süfrəyə isti-isti vermək lazımdır. 

Kabaklı toyuq kababı (foto resept)

Nuş olsun!

10 avqust 2015
GO BACK