Tərkibi:
Badımcan-3-4 ədəd
Pomidor-3-4 ədəd
Pendir 200 q
Mayonez
Xama
Sarımsaq
Göyərti
Hazırlanması:
Badımcanları yuyub qurutduqdan sonra şəkildəki kimi kəsirik.
Pendir və pomidoru da lay-lay doğruyub badımcanın arasına yığırıq.
Sonra üzərinə mayonez, xama, sarımsaq və göyərtidən hazırladığımız sousu əlavə edirik.
Sobada 180 dərəcədə 30 dəqiqə bişiririk.
Nuş olsun!
P.S. Arzu edən kotlet və ya kolbasa dilimi də yerləşdirə bilər.