Qadin.NET / Badımcan kotleti(foto resept)

Badımcan kotleti(foto resept)

Tərkibi:

Badımcan-1.5 kq

Pendir - 150 q

Suxari - 150 q

Çörək baton - 100 q

Ədviyyat zövqə görə

Cəfəri

Sarımsaq - 1 diş.

Yumurta-1 ədəd

Süd – bir qədər

Suluquni pendir - 200 q

"Möcüzə" duru yağı- qovurmaq üçün 

Hazırlanması:

Badımcanlar yuyulur. Kim istəsə badımcan qabıqlarını soyub dördbucaq şəklində doğrayar. 

Badımcan kotleti(foto resept)

Tavaya bir qədər yağ əlavə edib, badımcanları bir az qızardıb, üzərinə yarım stəkan su töküb, 10-15 dəqiqə yumuşalana kimi bişirin. 

Badımcan kotleti(foto resept)

Yumuşaldıqda xırda doğranmış cəfərini əlavə edin. 

Badımcan kotleti(foto resept)

Tam hazır olduqda qarışığı soyumağa qoyun.

 

Badımcan kotleti(foto resept)

 

Baton çörək süddə isladılır və qarışığa əlavə olunur. Bununla yanaşı duz, istiod, pendir, suxari, srmısaq cəfəri əlavə olunaraq qarışdırılır.

 

Badımcan kotleti(foto resept)

 

İçlik sulu olarsa, bir az suxari yenidən əlavə edin.

 

Şəkildə görüyünüz kimi qarışığın içərsinə suluquni pendirini qoyun və katlet kimi düzəldin.

 

Badımcan kotleti(foto resept)

 

İstəsəniz una, istəsəniz suxariyə batırıb duru yağda qızardın.

 

Badımcan kotleti(foto resept)

 

Bu da hazır forması. 

 Badımcan kotleti(foto resept)

Nuş olsun!

 

 

Badımcan kotleti(foto resept)

 

 

17 iyun 2015
GO BACK