Qadin.NET / Hind toyuğu ətindən kotlet(foto resept)

Hind toyuğu ətindən kotlet(foto resept)

 Hind toyuğu ətindən kotlet(foto resept)

Tərkibi:

Hind toyuğu (qiymə)-800 q

Manna yarması-4 xörək qaşığı

Xama- 2 xörək qaşığı

Yumurta -1 ədəd

Cəfəri, şüyüd- zövqə görə

Şəkər tozu - 2 çay qaşığı

Xardal- 2 çay qaşığı

Duz-istiot- zövqə görə

"Möcüzə" duru yağı(qarğıdalı)

Hazırlanması:

Hind toyuğu ətindən kotlet(foto resept)

Ətin üzərinə manna yarması, xama, yumurta, şəkər tozu, xardal, duz, istiot və göyərtini xırda-xırda doğrayıb əlavə edirik.  

Hind toyuğu ətindən kotlet(foto resept)

Yaxşı-yaxşı qarışdırırq. Ət elə olur ki, onu yalnız qaşıqla götürmək olur.

Hind toyuğu ətindən kotlet(foto resept)

Bişirəcəyimiz qaba duru yağı əlavə edib əti qaşıqla əlavə edirik.

Hind toyuğu ətindən kotlet(foto resept)

Hər tərəfini 2-3 dəqiqə qızartdıqdan sonra üzərinə azca su əlavə edib ağzını örtmək lazımdır.

10 dəqiqə az odda bişir. Və kotletlərimiz hazırdır.

Hind toyuğu ətindən kotlet(foto resept)

Nuş olsun!

6 iyun 2015
GO BACK