Qadin.NET / Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

 Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Tərkibi:

Kartof- 6 ədəd

Yumurta-2 ədəd

Sarımsaq- 2 diş

Mayonez-3-4 x. q.

Pendir- 100 q

Şüyüd

Duz-istiot

Hazırlanması: 

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Pendiri və sarımsağı sürtgəcdən keçirmək lazımdır.

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Pendirin yarısını ayırıb üzərinə 1 ədəd yumurta və qurudulmuş şüyüd əlavə edib qarışdırırıq.

Bu bizə sonda zapekankanın üzərinə əlavə etmək üçün lazımdır.

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

2-ci yumurtanın üzərinə qalan pendiri, sarımsaq və mayonezi əlavə edib qarışdırırıq.

Sonra kartofu sürtkəcdən keçirib üzərinə duz-istiot səpib qarışdırmaq lazımdır.

Bişirəcəyimiz qabın içinə əvvəlcə mayonezli, sarımsaqlı qarışımı əlavə edirik.

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Sonra üzərinə kartofu əlavə edib forma veririk.

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Sonda 2-ci qarışımı əlavə edib 180 dərəcədə 40 dəqiqə bişiririk.

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Üzəri şəkildəki kimi qızardıqda hazırdır. 

Sarımsaqlı-kartoflu zapekanka (foto resept)

Nuş olsun! 

(tərcümə olunub)

27 may 2015
GO BACK