Qadin.NET / Pendirli, göbələkli ravioli(foto resept)

Pendirli, göbələkli ravioli(foto resept)

 

Pendirli, göbələkli ravioli(foto resept)

 

Tərkibi:

Xəmir üçün:

Un- 250 q

Yumurta -2 ədəd

"Zeytun bağları" zeytun yağı- 50 ml

Duz- 1 çay qaşığı

Sarı kök

İçlik:

Göbələk- 200 q

Soğan- 1 ədəd

Pendir- 60 q

Yumurta -1 ədəd

Sous üçün:

İspanaq- 1 dəstə 

Sarımsaq- 2-3 diş

Qaymaq

Hazırlanması:

Pendirli, göbələkli ravioli(foto resept)

 

Xəmiri yoğurub 2 hissəyə ayırıb kündələyirik. Sonra xəmiri paketə qoyub soyuducuda 1 -2 saat saxlamaq lazımdır.

Pendirli, göbələkli ravioli(foto resept)

 

Soğanı, göbələyi və pendiri blenderdə qarışdırmaq lazımdır.

Pendirli, göbələkli ravioli(foto resept)
Pendirli, göbələkli ravioli(foto resept) 

 

Sonra xəmiri yayıb içliyi üzərinə şəkildəki kimi qoyuruq. Yumurtanın ağını sarısından ayırıb, ağını xəmirin üzərinə çəikirik.

Sonra 2-ci kündəni də yayıb üzərinə qoyuruq.

Pendirli, göbələkli ravioli(foto resept)

Əlimizlə şəkildə gördüyünüz kimi içliklərin arasını bərkidib bıçaqla kəsirik. 6 dəqiqə bişirmək lazımdır.

Pendirli, göbələkli ravioli(foto resept) 

 

Sousu hazırlayırıq. ispanağı xırda- xırda doğrayıb zeytun yağında qovurduqdan sonra sarımsağı doğrayıb əlavə edirik.

Oddan götürdükdən sonra qaymaq əlavə edib raviolini süfrəyə verərkən üzərinə əlavə edirik.

 

Pendirli, göbələkli ravioli(foto resept)

 

Nuş olsun!

17 may 2015
GO BACK