Qadin.NET / Kəntsayağı zapekanka(foto resept)

Kəntsayağı zapekanka(foto resept)

Kəntsayağı zapekanka(foto resept)

Tərkibi:

Toyuq ürəyi-500q

Kartof- 6 ədəd

Soğan-1 ədəd

Göbələk-6 ədəd

Holland pendiri-300 q

Şüyüd, cəfəri -1 dəstə

Yumurta -3 ədəd

Qaymaq-2 xörək qaşığı

"Möcüzə" paket yağı

"Zeytun bağları" zeytun yağı

Duz-istiot.

Hazırlanması:

Toyuq ürəyinin üzərinə soyuq su əlavə edirik. 

Kəntsayağı zapekanka(foto resept)

Soğanı doğrayıb üzərinə xırda-xırda doğranmış şüyüd və cəfəri əlavə edirik. Sonra üzərinə zeytun yağı əlavə edib yaxşı-yaxşı qarışdırmaq lazımdır. Bu reseptdə soğan bişirilməyəcək. 

Kəntsayağı zapekanka(foto resept)

Kartofu şəkildəki kimi yumru doğrayıb zeytun yağında qızardırıq. Lakin kartofun bir tərəfini qızartmaq lazımdır. 

Yeməyimizi bişirəcəyimiz qaba kartofun qızarmamış tərəfini aşağı tərəfə düzürük.

Kəntsayağı zapekanka(foto resept)

Sonra toyuq ürəyini sudan çıxarıb zeytun yağında qızartmaq lazımdır.

Göbələyi də o biri məhsullar kimi qızartıqdan sonra sıra ilə kartofun üzərinə əlavə edirik.

Kəntsayağı zapekanka(foto resept)

Kartofun üzərinə soğanı əlavə edirik. Sonra toyuq ürəyini və göbələyi əlavə edirik.

Üzərinə 1 xörək qaşığı kərə yağı da əlavə etmək lazımdır.

Kəntsayağı zapekanka(foto resept)

Sonra da üzərinə holland pendirini sürtgəcdən keçiririk.

Yumurtanı qaymaqla yaxşı-yaxşı qarışdırıb, duz-istiot səpib pendirin üzərindən əlavə edirik.

Kəntsayağı zapekanka(foto resept)

200 dərəcədə isidilmiş sobada 15 dəqiqə bişirmək lazımdır.

Kəntsayağı zapekanka(foto resept)

Nuş olsun!

12 may 2015
GO BACK