Tərkibi:
Kartof- 8 ədəd
Göbələk- 500 q
Soğan- 1 ədəd
Un- 1 xörək qaşığı
"Zeytun bağları" zeytun yağı
Qaymaq-250 q
Duz-istiot
Hazırlanması:
Kartof təmizlənir və incə dairə formasında doğranır.
Soğan xırda-xırda doğranıb, unla qarışdırılır.
Soğanı zeytun yağında qızartmaq lazımdır.
Göbəlyi də bir neçə yerə bölüb ayrı qabda zeytun yağında bişiririk.
Kartofu bişirəcəyimiz qaba qoyuruq. Sonra üzərinə bütün hazırladığımız məhsulları əlavə edirik.
Qaymağı da əlavə edib qarışdırmaq lazımdır. 180 dərəcədə 40-50 dəqiqə bişirmək lazımdır. Yeməyimiz hazırdır.
Nuş olsun!