Tərkibi:
Kartof - 1 kq
Ət - 300 q
Kök - 1 ədəd
Soğan - 2 ədəd
Tomat pastası- 1 xörək qaşığı
Sarımsaq- 1-2 diş
"Zeytun bağları"- zeytun yağı
Duz-istiot.
Hazırlanması:
Eyni ölçülü kartofları seçib, içini şəkildəki kimi açırıq.
Çəkilmiş ətin üzərinə duz-istiot səpib qarışdırdıqdan sonra kartofun içinə yığırıq.
Bişirəcəyimiz qazana səliqə ilə yığırıq. Üzərinə su əlavə edirib orta odda bişiririk.
Soğanı, kökü və sarımsağı zeytun yağında qovururuq. Üzərinə tomat pastası əlavə edib yeməyimizin bişməsinə 10-15 dəqiqə qaldıqda üzərinə əlavə edirik.
Süfrəyə verərkən üzərinə zövqünüzə görə göyərti əlavə edə bilərsiniz.
Nuş olsun!