Tərkibi:
Toyuq filesi-2 ədəd
Kartof-3 ədəd
Pomidor- 2 ədəd
Göy soğan 2 ədəd
Göbələk- 2 ədəd
Quru soğan - 2 ədəd
Qaymaq -150 q
Duz-istiot zövqə görə.
Hazırlanması:
Toyuğun döş ətini döyüb duz-istiot vururuq.
Göbələyi soğanla birlikdə bişirmək lazımdır.
Kartofu sürtgəcdən keçirmək lazımdır. Toyuğun döş ətini sobada bişirəcəyimiz qaba qoyub üzərinə göbələyi əlavə edirik.
Pomidoru yumru-yumru, göy soğanı xırda-xırda doğrayıb üzərinə düzmək lazımdır. Duz, istiot səpirik.
Sonra sürtgəcdən keçirdiyimiz kartofu əlavə edirik.
Üzərinə qaymaq əlavə edirik. Zövqə görə qaymağı mayonezlə də əvəz etmək olar.
180 dərəcədə 30 dəqiqə bişirmək lazımdır.
Nuş olsun!