Qadin.NET / Çöp şişdə fərqli toyuq kababı(foto resept)

Çöp şişdə fərqli toyuq kababı(foto resept)

Tərkibi:

1 kq toyuğun filesi

 150 q xama 20% yağlı

1 y.q  soya sousu

300 q pomidor

1-2 y.q "Möcüzə" duru yağı (qarğıdalı)

 Yaşıl bibər (zövqə görə)

Duz (zövqə görə)

Hazırlanması:

Toyuq filesi yuyulur, qurulanır və parçalara bölünür.

Çöp şişdə fərqli toyuq kababı(foto resept)

Xama soya sousu ilə qarışdırılır, istiot və duz əlavə edilir. Həmin qarışıq toyuq ətinin üzərinə tökülür və qarışdırılır.

Çöp şişdə fərqli toyuq kababı(foto resept)

Pomidorlar iki yerə bölünür, bibərlər doğranılır və çöplərə ardıcıl yığılır. Ardıcıllıq belə olur: pomidor, bibər, ət.

Çöp şişdə fərqli toyuq kababı(foto resept)

Listə yağlı soba kağızı salınır. Ətlər falqanın üzərinə düzülür və 230 dərəcədə bişirilir. Arada növbə ilə çöplər fırladılır ki, hər tərəfi bişsin.

Çöp şişdə fərqli toyuq kababı(foto resept)

Buyurun, nuş olsun!

11 may 2015
GO BACK