Qadin.NET / Rəngarəng plov (foto resept)

Rəngarəng plov (foto resept)

Tərkibi:

1 ədəd toyuq (1. 700 kg.)

500 q - uzun düyü

 2 - 3 baş soğan

 1 - 2 ədəd kök

 2 ədəd şirin bibər

150 q, "Zeytun bağları" zeytun yağı

1/5 c. q. zirə

1/4  c. q. qirmizi toz bibər

4 diş sarimsaq (zövqə görə)

keşniş - zövqə görə

  duz

Rəngarəng plov (foto resept)

Hazırlanması:

 

Əvvəlcə düyünü soyuq suya qoyuruq.

Sonra toyuğu sümükdən tikələrə ayırırıq.

  Rəngarəng plov (foto resept)

Sonra qazanın dibinə azca yağ tökürük, üzərinə doğranmış soğanı ve köku təmizləyib sürtkəcin iri gözündən keçirib, əlavə edib 5 dəqiqə  qovururuq.

  Rəngarəng plov (foto resept)

Duz, istiot, zirə ve doğranmiş şirin bibər, əlavə edib bir az bişirilir.  

Rəngarəng plov (foto resept)

Sonra üzərinə sümüksüz toyuq ətini və doğranmiş sarımsağı əlavə edib bişiririk.

Indi islanmiş düyünün suyunu süzüb, ətin üzərinə əlavə edin.

Sonra üzərinə bir az su əlavə edirik.

Indi isə vam odda bişirin.

    Plovu süfrəyə verərkən düyünü buluda çəkəndən sonra üzərinə göyərti səpmək olar.

Rəngarəng plov (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

4 may 2015
GO BACK