Tərkibi:
Toyuq- 1 ədəd
Kök- 1 ədəd
Göbələk -200 q
Su- 100 ml
Duz, istiot
"Möcüzə" duru yağ(qarğıdalı)
Süd - 0,5 stəkan
Un - 2 çay qaşığı
Qaymaq- 0,5 stəkan.
Hazırlanması:
Toyuğu yuyub, təmizlədikdən sonra xırda-xırda doğrayırıq. Bişirəcəyimiz qaba duru yağ əlavə edib, toyuğu düzürük.
Üzərinə xırda-xırda doğradığımız kökü əlavə edirik. Və duz-istiot səpib, su əlavə edirik. 10 dəqiqə bişiririk. Sonra göbələyi əlavə edib 20 dəqiqə daha bişirmək lazımdır.
Südün üzərinə 2 çay qaşığı un əlavə edib yaxşı-yaxşı qarışdırırq. Sonra üzərinə qaymaq əlavə edib yenidən qarışdırmaq lazımdır.
Hazıradığımız sousu toyuğun üzərinə əlavə edirik. Və 5-10 dəqiqə daha bişiririk.
Toyuğumuz hazırdır.
Süfrəyə kartof pürəsi ilə də vermək olar.
Nuş olsun!