Qadin.NET / Çölmək kabab (foto resept)

Çölmək kabab (foto resept)

Çölmək kabab (foto resept)

Tərkibi:

Toyuq 1 ədəd (həyət toyuğu, yaşı 1-1,5)

  Qırmızı soğan 4 ədəd

Qoz 200 qr

Palçıq turşu 1x.q

Azərduz yodlu narın xörək duzu, istiot

Çölmək kabab (foto resept)

Hazırlanması:

Çölmək kabab (foto resept)

Toyuq təmizlənir və duz, istiot, turşu çəkib basdırma edirik. Yaxşı olardı basdırmanı axşamdan edəsiniz.


Çölmək kabab (foto resept)

Ləvənginin hazırlanması:

Qozu, soğanı ət çəkən maşında və ya sürtkəcdən keçirib soğanın suyunu 

sıxıb duz, istiot, turşu qarışdırıb toyuğun qarnına doldururuq.


Çölmək kabab (foto resept)

Hazırladığımız toyuğu çölməyə (saxsı qazana) yerləşdirib üzərinə yarım stəkan su və hazırladığımız ləvəngidən qazana suyun içinə töküb az odda qaz pilətəsinin üzərində bişiririk.


Çölmək kabab (foto resept)

Yağa düşənədək 4-5 saat bişiririk. 


Çölmək kabab (foto resept)

Toyuğu qazandan çıxardıqdan sonra qazanda qalan yağı plovun üzərinə töküb nuşi canlıqla yeyirik. 


Nuş olsun!


23 aprel 2011
GO BACK