Tərkibi:
300 qr skumbriya balığı
1 ədəd şirin bibər
200 qr "Bizm Tarla" "Bizim Tarla" tomat pastası
2 x.q duru yağ
2 diş sarımsaq
Qurudulmuş tərxun
Cəfəri
Azərduz yodlu narın xörək duzu, istiot
Balığa yaxşıca duz, istiot, qurudulmuş tərxun çəkib 10dəqiqə saxlayırıq.
Sarımsağı təmizləyib doğrayırıq.
Şirin bibəri təmizləyib dörtkünc doğrayırıq.
Tavaya duru yağ əlavə edib sarımsağı , bibəri , pomidor şirəsini qovururuq və balığı qoyub qapağını örtürük. 15 dəqiqə ağzı bağlı şəkildə bişiririk. Lazım olarsa birazca su əlavə edə bilərsiniz. Bişdikdən sonra üzərinə doğranmış cəfəri səpib süfrəyə veririk.
Nuş olsun!