Tərkibi:
2 ədəd baş soğan
1-2 ədəd toyuğun döş əti
4 ədəd kartof
Holland pendiri
"Bizim Tarla" "Bizim Tarla" tomat pastası
Xama
Duru yağ
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Soğanları uzun doğrayıb tavada azcana qızardırıq
Toyuğun sinəsini xırda doğrayıb tavaya əlavə edirik
Üzərinə duz və istiot əlavə edib bişməyənə qədər qızardırıq (alaçiy)
Holland pendirini rəndədən keçirdirik
Sobaya qoymaq üçün tavaya yumru doğranılmış kartofları düzürük
Duz və istiotlayırıq
Üzərinə o biri tavada qızardılmış toyuq-soğan qarışığını əlavə edirik
Onun da üzərinə yenə kartof düzülür, istiot və duz vurulur
Sonra isə, təxminən 1 xörək qaşığı "Bizim Tarla" tomat pastası və bir o qədər də xamanı bir-birinə qarışdırıb bir məhlul hazırlayırıq. O məhlulu tavadakıların üzərinə yayırıq
Üzərinə rəndələnmiş holland pendiri səpilir
Tava sobaya qoyulur və 180 dərəcədə 20-30 (çox da çəkə bilər) dəqiqə bişir.
Nuş olsun!