Qadin.NET / Toyuqlu plov(foro resept)

Toyuqlu plov(foro resept)

Tərkibi:

200 q kərə yağı (əridin)

1 ədəd şirin sarı bibər

1/2 ç.q qurudulmuş keşniş

30 q qaysı qurusu

30 q qara gavalı

500 ml süd

40 q qarğıdalı unu

20 q püstə

1 ədəd baş soğan

1 ədəd toyuq (təqribən 1,8 kq-lıq)

5 ç.q sarıkök

1 ç.q cirə

30 q qara kişmiş

500 q uzun düyü

500 q xəmir (duzlu və mayalı)

20 q zoğal

Hazırlanması:

Toyuğu doğrayın. Sümüklərini ayırın. Sümüklərindən bulyon hazırlayın. Əti isə doğrayın və yağda qızardıb üzərinə soğan və duz, istiot vurun. Təqribən 100 ml yağ lazımdır. Zövqə görə isə cirə, sarıkök və keşniş qurusu da əlavə edirik. Qaysı, gavalı və kişmişi yuyun və islağa qoyun. Bulyonu süzün. Südlə qatın və duzlayın və o qarışımda əvvəlcədən islağa qoyulmuş düyünü bişirin. Düyünü süzün və suyun tam süzülməsini gözləyin.

 

Toyuqlu plov(foro resept)

 

 

Masaya qarğıdalı unu ilə buğda ununu qarışdırıb səpin və xəmiri lavaş kimi açın. Xəmiri plovu edəcəyiniz qaba qoyun. Şah plovdakı kimi bu plovda da xəmir qabı tamamilə örtməli və hətta kənarlara çxmalıdır ki, düyünün üzərini onunla bağlamaq olsun.

 

Toyuqlu plov(foro resept)

 

 

Düyünü lavaşın üzərinə tökün. Ərinmiş yağın 100 ml hissəsini bərabər miqdarda düyünün üzərinə tökün. Düyünün üzərindən isə quru meyvələri səpin. Amma əvvəlcə sularını yaxşıca sıxın. Lap yuxarıdan isə bişmiş ədviyyatlı toyuğu düzün.  Xəmirin kənarlarını ortada birləşdirin. Sonra isə xəmirin üzərini yağlayın. Bu mərhələdə isə 40 q yağ bəs edir.

 

Toyuqlu plov(foro resept)

 

 

Aşı 1800 C-də əvvəlcədən isidilmiş sobaya qoyun. 40-45 dəqiqəyə tam hazır olur.

 

Toyuqlu plov(foro resept)

 

Xəmir qızaranda və əl vurarkən xırtıldayanda yeməyi sobadan çıxara bilərsiniz. Qazanı böyük bir boşqabda ağzı aşağı vəziyyətdə qoyun. Tefal qazanlarda plov qazandan çox rahat çıxır.

 

Toyuqlu plov(foro resept)

 

 

Tortu kəsdiyiniz kimi dilimlərə kəsin və üzərinə zoğalla püstə səpin.

 

Toyuqlu plov(foro resept)

 

 

Nuş olsun!

(Tərcümə edilib)

21 mart 2018
GO BACK