Tərkibi:
200 q makaron
1 ədəd soğan
1 ədəd kök
500 q çəkilmiş ət
2 diş sarımsaq
5 x.q "Möcüzə" duru yağı(günəbaxan)
Duz, istiot
Hazırlanması:
Əvvəlcə xırda doğranmış soğanı, rəndələnmiş kökü və xırda doğranmış sarımsağı duru yağda qovururuq.
Sonra qiyməni əlavə edib qovururuq və bir az duz, istiot səpirik.
Bu ərəfədə qaynar suya duz töküb makaronu əlavə edib bişiririk.
Bişmiş makaronun suyunu süzürük. Onun üzərinə qovrulmuş əti əlavə edirik. Və makaronlu yeməyimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)