Tərkibi:
Hind toyuğu qanadı-6 ədəd
Tərxun- 1 dəstə
Qırmızı istiot, duz-zövqə görə
Sous üçün:
Pamidor- 300 q
Cəfəri- 1 dəstə
Soğan- 2 ədəd
Sarımsaq- 2 diş
Reyhan- 1 dəstə.
"Zeytun bağları" zeytun yağı
Hazırlanması:
Hind toyuğu qanadını xırda-xırda doğrayıb, zövqə görə duz-istiot səpirik.
Soba tavasının içinə falqa kağızı qoyub üzərinə bir neçə tərxun yarpağı düzürük. Sonra hazırladığımız əti tərxunun üzərindən düzürük. Yenə ətin üzərinə tərxun yarpağı düzürük.
Sonra falqanı ətin üzərinə incə bükün. 180-190 dərəcədə 45-50 dəqiqə bişirin. Sonra isə falqanı açıb 5 dəqiqə də sobada saxlayırıq.
Sous üçün pamidoru, cəfərini, soğanı, sarımsağı, reyhanı blenderdən keçirin.
Üzərinə zeytun yağı, duz, istiot əlavə edib sous qabına əlavə edin.
Tərxunlu hind toyuğu qanadı yeməyimiz hazırdır.
Nuş olsun!