Qadin.NET / Şamaxı plovu (foto resept)

Şamaxı plovu (foto resept)

Tərkibi:

100 q qaragöz lobya

300 q düyü

100 q "Best Cow" kərə yağı

Lavaş

1 hisə verilmiş balıq

Şəkər tozu (zövqə görə)

Hazırlanması:

Şamaxı plovu (foto resept)

Hisə verilmiş balıqla plovun Şamaxı variantını hazırlamaq üçün 100 q qaragöz lobyanı qaynadın. Qaynayan duzlu suda 300 q düyünü bişirin, süzün. 

Şamaxı plovu (foto resept)

Qazanın dibini yağlayıb lavaş döşəyin (ya da xəmirdən qazmaq hazırlayın), düyü ilə lobyanı lay-lay düzün.

Şamaxı plovu (foto resept)

Qazanın ağzına dəsmal çəkib qapağını qoyun. Qazanı əvvəl orta itilikdə ocağın üstünə qoyun, qazan qızandan sonra isə vam odda 1 saat dəmləyin. Düyünün üzərinə 100 q ərinmiş yağ gəzdirin. Bir  qədər də dəmdə saxlayın ki, düyü yağı çəksin.

Şamaxı plovu (foto resept)

Bu müddətdə balığı buğa vermək lazımdır. Onu perqamentə büküb mantı qazanında 10-15 dəqiqə buğa vermək, yaxud da təmizləyib, doğrayıb iki-üç dəqiqə qaynar suda saxlayıb suyu süzmək olar.

Şamaxı plovu (foto resept)

Plovu süfrəyə verərkən düyünü balıqla qarışdırmaq, buluda çəkəndən sonra isə üzərinə şəkər tozu səpmək lazımdır.

Şamaxı plovu (foto resept)

Nuş olsun!

28 fevral 2016
GO BACK