Qadin.NET / Qazmaqlı toyuq qızartması(foto resept)

Qazmaqlı toyuq qızartması(foto resept)

Tərkibi:

4 toyuq budu (770 q)
1/4 limon
1 x.q. quru reyhan 
6 diş sarımsaq
1-1,5 ç.x. iri duz
0.5 ç.q. istiot
4 x.q. "Zeytun bağları" zeytun yağı
un 
su
duz 
Hazırlanması:

 

Qazmaqlı toyuq qızartması(foto resept)

 

Əvvəlcə toyuq üçün ədviyyat qarışığını hazırlayın: sarımsağı xırda doğrayıb quru reyhan, duz, istiot və yağla qarışdırın. 

Qazmaqlı toyuq qızartması(foto resept)

Toyuq ətini yuyub, təmizləyib suyunun çəkilməsini gözləyin. Sonra hazırladığınız qarışığı üzərinə çəkin. 

Qazmaqlı toyuq qızartması(foto resept)

 

 

Qazmaqlı toyuq qızartması(foto resept)

Göstərilən ərzaqdan xəmir yoğurun (hazır xəmir də istifadə edə bilərsiniz). Xəmiri nazik yayın, yağlanmış 22 sm diametrli teflon tavaya döşəyin (çəngəllə deşmək lazım deyil, qoy toyuğun şirəsi axıb qazmağın altında yanmasın)

Qazmaqlı toyuq qızartması(foto resept)

Toyuq ətini xəmirin üstünə qoyun, aralarına limon dilimləri düzün. 

Qazmaqlı toyuq qızartması(foto resept)

Xəmirin kənarlarını azca qatlayın. Üzərinə yağ çəkin.

Qazmaqlı toyuq qızartması(foto resept)

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən zaman əmələ gələn şirəni qaşıqla götürüb ətin üzərinə gəzdirin. 
Sobanı söndürüb toyuğu bir qədər də içində "dəmə" qoyun. Əgər sobanın "qril" funksiyası varsa, sonda bir neçə dəqiqəlik yandıra bilərsiniz. 

Qazmaqlı toyuq qızartması(foto resept)

Qazmaqlı toyuq qızartması hazırdır.

Qazmaqlı toyuq qızartması(foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

27 fevral 2015
GO BACK