Tərkibi:
Xəmir üçün:
Un - 500 q
Bitki yağı - 3 x.q
Droj - 20 q
Şəkər tozu - 1 x.q
Su - 300 q
Azərduz yodlu narın xörək duzu
İç üçün:
Durnabalığının filesi - 600 q
Qızılbalığın filesi - 300 q
Baş soğan - 1 ədəd
Duz-istiot - zövqə görə
Hazırlanması:
Xəmir yoğururuq.Xəmir gəldikdən sonra xəmiri bir dəfə basırıq və bir az da gəlməsini gözləyirik.
Baş soğanı xırda doğrayaraq qızardırıq.
Soğan olan tavaya durnabalığının kiçik doğranmış filesini əlavə edirik,qarışdırırıq,filenin suyu çıxana qədər 10-15 dəqiqə qızardırıq. Sonra isə duz və istiot əlavə edirik.
Xəmiri 1-2 sm qalınlıqda yayırıq və onu dairəvi kəsirik.
İçi və nazik qızılbalıq dilimini xəmirin içərisinə qoyuruq.
Qutab şəklində büküb üstü qızarana qədər elektrik sobasında bişiririk.
Bu da hazır qutablarımız.
Nuş olsun!