Tərkibi:
Toyuq döş əti -2 ədəd,
Yumurta -1 ədəd,
Sarımsaq -1 diş,
Qaymaq 10% -150 ml,
Nişasta - kartof -1 çay qaşığı,
Qırmızı istiot-1 çay qaşığı,
Zövqə görə duz, istiot,
Hazırlanması:
Toyuq döşünü yaxşı-yaxşı yuyub sonra dərisini çıxarmaq lazımdır. Sonra isə sümükdən ayırmaq lazımdır. Xırda-xırda doğrayıb blenderdən və ya ət maşınından keçirmək olar. Ancaq blender daha uyğundur.
Sonra üzərinə sarımsaq, yumurta, nişasta, duz, istiot əlavə edib yenidən blenderdə qarışdırırıq.
Sonra üzərinə qaymaq əlavə edib əlimizlə qarışdırırıq.
Bişirmək üçün selofanı dördkünc kəsib stolun üərinə səririk. Əti şəkildə göstərilən kimi qoyub bükürük.
Sonra hər iki tərəfin də bağlayırıq. 1-2 saat soyuducuda saxlayırıq.
Ya buxarda, ya da suda 25-30 dəqiqə bişiririk. Soyuduqdan sonra selofanı çıxarıb soyuducuya qoyuruq yenidən. 1-2 saatdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.
Nuş olsun!