Qadin.NET / Portağallı toyuq qızarması (foto resept)

Portağallı toyuq qızarması (foto resept)

Portağallı toyuq qızarması (foto resept)

Tərkibi:

Cücə - (1 kq çəkisi) 1 ədəd,

 Böyük portağal - 1 ədəd

 Şəkər - 3 xörək qaşığı

 Duz, istiot zövqə görə,

 "Zeytun bağları" zeytun yağı.

Hazırlanması:

Portağallı toyuq qızarması (foto resept)

Toyuğu yaxşı-yaxşı yuyub quruduruq. Sonra duz, istiot və bəzi zövqə görə ədviyyatlarımızı vururuq. Portağalı də yuyub nazik-nazik qabığını soyuruq.

Portağallı toyuq qızarması (foto resept)

Portağalı yarıdan bölüb yarı hissəsinin şirəsini çıxarırıq. 100 q şirə alınmalıdır. Sonra qalan hissəni nazik-nazik doğrayıb qaba düzürük. Sonra üzərinə toyuğu qoyub zeytun yağı əlavə edirik.

Portağallı toyuq qızarması (foto resept)

Sobada 1 saat bişirmək lazımdır. Toyuq bişərkən biz də portağal sousumuzu hazırlayaq. Bunun üçün də portağal şirəsini bir qazana töküb üzərinə şəkər tozu və soyduğumuz portağal qabıqlarını əlavə edirik. Orta odda qarışdıra-qarışdıra bərkiyənə qədər qarışdırırıq. Yəni bir az qatılaşmalıdır sousumuz.

Portağallı toyuq qızarması (foto resept)

Cücənin bişməyinə 10 dəqiqə qalmış hazırladığımız sousu əlavə edib yeni dən sobaya qoyuruq. 

Nuş olsun!

8 fevral 2015
GO BACK