Qadin.NET / Kartof içlikli göbələklər (foto resept)

Kartof içlikli göbələklər (foto resept)

Kartof içlikli göbələklər (foto resept)

Tərkibi:

Göbələklər (böyük) - 7 ədəd,

 Kartof - 2 ədəd,

 Dana əti- 250 q,

 Sarımsaq- 1-2 ədəd,

 Şüyüd və cəfəri- 1 dəstə,

"Möcüzə" paket yağı- 1 çay qaşığı,

Duz-İstiot
Hazırlanması:

Kartof içlikli göbələklər (foto resept)

Göbələkləri yuyub, qurudub saplaqlarını çıxardırıq. Saplaqları xırda-xırda doğrayıb doğranmış şüyüd və cəfəri ilə qarışdırırıq.

Kartof içlikli göbələklər (foto resept)

Dana ətini nazik-nazik, xırda-xrda doğrayıb əlavə edirik. Sonra sarımsağı da doğrayıb əlavə edirik.

Yağı üzərinə əlavə edib orta adda qapağı qoymadan 3-4 dəqiqə qızardırıq.

Kartof içlikli göbələklər (foto resept)

Kartofu soyub az duz əlavə edib bişənə qədər qaynadırıq. Hazırladığımız içliyə əlavə edirik.

Kartof içlikli göbələklər (foto resept)

İçliyi göbələklərin içinə doldururuq. 180 dərəcədə 15 dəqiqə bişiririk. Sobanı söndürdükdən sonra 1-2 dəqiqə sobada saxlamaq lazımdır. Kartof içlikli göbələyimiz hazırdır. Süfrəyə verərkən cəfəri və şüyüdlə bəzəyə bilərsiniz.

Kartof içlikli göbələklər (foto resept)

Nuş olsun!

28 yanvar 2015
GO BACK