Tərkibi:
İri badımcanlar 4-5 ədəd
500 q farş
duz,
"Möcüzə" qarğıdalı yağı
pomidor şirəsi
Əvvəlcə badımcanları soyub, dilimləyib, duzlayaraq acı suyunu çıxardırıq.
Dilimlərin sayına uyğun qiymədən balaca küftələr edirik və yağda azca qızardırıq.
Badımcanların acısı çıxdıqdan sonra yağda qızardırıq.
Qızardılmış bacımcanlara küftə qoyaraq rulet kimi bükürük.
Hər birini bişirəcəyimiz qaba yığırıq.
Qaba bir az yağ və pomidor şirəsini əlavə edib bişməyə qoyuruq.
Nuş olsun!